Sabah Salyan və Saatlı rayonlarının qaz təchizatında məhdudiyyət yaranacaq.Bu barədə "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
"Ələt-Astara-İran” sərhədi "Yenikənd-Biləsuvar” avtomobil yolunun 58-ci km-də (Salyan şəhəri ərazisi) yerləşən hissəsinin genişləndirilməsi üçün tikinti sahəsinə düşən qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi ilə əlaqədar olaraq, iyulun 9-da saat 10:00-dan etibarən işlər başa çatanadək Salyan şəhəri 20 Yanvar, Ə. Quliyev, İ. Quliyev küçələrində, həmçinin, Kürqaraqaşlı, Beştalı, Cəngən, Xocalı kəndlərində (ümumi 3 278 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !