Kapital Bank-ın buraxılış həcmi 30 000 000 (otuz milyon) ABŞ
dolları həcmində olan, subordinasiya olunmuş istiqrazları premium bazar
seqmentində listinqə daxil edilmişdir.
Qeyd
olunan istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə yerləşdirilməsi
8 iyul 2024-cü il tarixində yekunlaşıb. Yerləşdirmədə 33 fiziki və 4 hüquqi şəxs
olmaqla, ümumilikdə 37 investor iştirak edib. Yerləşdirmə həcminə gəldikdə isə
ümumi məbləğin 18 387 000 dolları (61%) fiziki şəxslərin, 11 613 000
dolları (39%) isə hüquqi şəxslərin payına düşüb.
Xatırladaq
ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 dollar, illik
faiz dərəcəsi 7%, ödəniş dövrü 90 gündən bir, tədavül müddəti 7 ildir. Sənədsiz,
adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri "PAŞA
Kapital İnvestisiya Şirkəti” QSC-dir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !