Moody's Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən
baxıb. Agentlik Bankın yerli və xarici valyutada Uzunmüddətli depozit
reytinqini Ba3 səviyyəsindən Ba2 səviyyəsinə qədər artırıb. Eyni zamanda, Bankın
Kredit ödəmə (BCA) və Tənzimlənmiş kredit ödəmə (Adjusted BCA) qabiliyyəti reytinqlərini
1 pillə artıraraq b1 səviyyəsindən ba3 səviyyəsinə yüksəldib. ABB-nin reytinq
proqnozu "Pozitiv” səviyyədə təsdiqlənib.
Reytinqlərinin yüksəlişi Bankın aktivlərinin artan keyfiyyəti,
mənfəətliliyi, güclü kapital mövqeyi, həmçinin aktivlərinin yüksək likvidliyi,
məhdud risklərə malik olması, problemli kreditlərinin azalması ilə
əsaslandırılır. ABB-nin dövlət bankı olması da Agentlik ekspertlərinin Bankın
gələcəyi barədə pozitiv rəyində mühüm rol oynayır.
Moody’s-in mövqeyinə görə, ABB ölkədə yaranan yeni iqtisadi
imkanlardan, biznes üçün əlverişli şəraitdən, mövcud fürsətlərdən faydalanmaqda
davam edəcək. Bu da Bankın güclü gəlirlilik mövqeyinə, aktivlərinin
keyfiyyətinə müsbət təsir göstərəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !