2024-cü ilin yanvar-iyununda Azərbaycanda neft hasilatıı ötən ilin eyni dövründəki 15,2 milyon tondan 14,4 milyon tona qədər azaldıb. Bu barədə cümə axşamı ölkənin energetika naziri Pərviz Şahbazov X sosial şəbəkəsində bildirib.
Bu ilin ilk 6 ayında neft ixracı 12,7 milyon tondan 11,9 milyon tona qədər düşüb.
Nazir onu da bildirib ki, yanvar-iyundaa Azərbaycan Avropaya 6,4 milyard kubmetr qaz ixrac edib. Türkiyəyə qaz ixracı 5 milyard kubmetr, Gürcüstana isə 1,3 milyard kubmetr təşkil edib.
Tanap ilə Türkiyəyə bu ilin ilk 6 ayında 2,8 milyard kubmetr qaz ixrac edilib.
Ümumilikdə, ölkədən qaz ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artaraq 12,0 milyard kubmetrdən 12,7 milyard kubmetrə yüksəlib.
Böyük Britaniyanın BP <BP.L> şirkətinin rəhbərlik etdiyi şirkətlər konsorsiumu tərəfindən idarə olunan Azəri-Çıraq-Günəşli yataqları Azərbaycanın neft hasilatının 70%-ni təşkil edir.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !