Sabah bu ərazilərdə qaz olmayacaq

20:05 | 11.07.2024
Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq

SOCAR-ın "Qaz İxrac” İdarəsinə məxsus "Qum adası-Bayramzadə İEM” yüksək təzyiqli magistral qaz kəmərinin 10,0-cu km-də dayaqlar üzərinə qaldırılması ilə bağlı 12.07.2024-cü il tarixdə saat 10:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.Bu barədə "Azəriqaz”dan məlumat verilib.
 
Təmir-quraşdırma işləri görülən müddətdə Xətai rayonu üzrə M. Müşfiq, M. Davud, Qvardiya və Azadlıq küçələrinin, Suraxanı rayonu üzrə isə Qum adası yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM