Qazaxıstanın aşağı büdcəli "FlyArystan” şirkəti Aktaudan Bakıya reyslərin sayını artırıb. Bu barədə şirkətin məlumatında bildirilib.
Məlumata görə, iyulun 16-dan avqustun 30-na qədər aviareyskər həftənin cümə günləri də yerinə yetiriləcək. İndiyə qədər bu istiqamətdə uçuşlar ancaq çərşənbə və bazar günləri həyata keçirilirdi.
Uçuşlara biletləri oktyabrın 23-nə qədər əldə etmək olar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !