Azərbaycanın dövlət borcu açıqlanıb

17:55 | 16.07.2024
Azərbaycanın dövlət borcu açıqlanıb

Azərbaycanın dövlət borcu açıqlanıb

2024-cü ilin ilk 6 ayında Azərbaycanın dövlət borcu 25 milyard 696,65 milyon manat  (14,7 milyard dollar -red) olub. Bu barədə Maliyyə Nazirliyinin Bu barədə Maliyyə Nazirliyinin saytında yerləşdirilən "2024-cü ilin yanvar-iyun ayları üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair "məlumatda bildirilib. 

Borcun 16,6 milyard manatı daxili,  9,1 milyard manatı isə (5,4 milyard dollar) xarici dövlət borcudur.

Daxili dövlət borcunun əksər hissəsini Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyası zamanı "Aqrarkredit"QSC-yə ayrılan vəsait təşkil edib. 
 
"Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi nəticəsində daxili dövlət borcu 17 milyard manata yaxınlaşıb", -  məlumatda qeyd olunub.
 
Azərbaycan maliyyə naziri Samir Şərifov dövlət büdcəsi ilə bağlı Milli Məclisdə bu ilin aprelində keçirilən müzakirələr zamanı bildirib ki, Azərbaycan iri layihələri maliyyələşirmək üçün xarici dövlət borcunu 10 milyard dollara kimi artırmağı planlaşdırır. 
 
Onun sözlərinə görə, bu vəsait beynəlxalq kredit təşkilatlarından cəlb ediləcək. 
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM