Ursula fon der Leyen ikinci müddətə Avropa Komissiyasının sədri seçilib

17:16 | 18.07.2024
Ursula fon der Leyen ikinci müddətə Avropa Komissiyasının sədri seçilib

Ursula fon der Leyen ikinci müddətə Avropa Komissiyasının sədri seçilib

Ursula fon der Leyen ikinci müddətə Avropa Komissiyasının sədri seçilib. Bu barədə xarici KİV xəbər verib.

Planları haqqında danışan von der Leyen, ikinci müddətində Çini Tayvanı işğal etməkdən çəkindirməyə çalışacağını söylədi.

O, Hind-Sakit okean regionunun dünyanın gələcəyinin açarına çevrildiyini vurğulayıb və bu kontekstdə Yaponiya, Cənubi Koreya, Yeni Zelandiya və Avstraliya ilə əməkdaşlıq edəcəyinə söz verib.

"Bu, Çini, xüsusən də Tayvana münasibətdə hərbi vasitələrlə status-kvonu birtərəfli şəkildə dəyişməkdən çəkindirmək üçün birləşmiş strategiyalarımızın tam spektrini tətbiq etmək üçün kollektiv səylərimizi əhatə edir" dedi.

Von der Leyen həmçinin Çinin hərbi xərclərinin sürətlə artması barədə xəbərdarlıq edib.

"Aİ-nin ümumi müdafiə xərcləri 2019-cu ildən 2021-ci ilə qədər 20% artıb. Bu müddət ərzində Rusiyanın müdafiə xərcləri təxminən 300%, Çininki isə 600% artıb",  - o bildirib. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM