Bu ərazilərdə su olmayacaq

22:48 | 19.07.2024
Bu ərazilərdə su olmayacaq

Bu ərazilərdə su olmayacaq

8 Noyabr prospektində istismar müddətini bitirmiş boruların yenisi ilə əvəzlənməsi istiqamətində tədbirlər planı həyata keçirilir.Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

"Yeni çəkilən xətt iyulun 20-də mövcud şəbəkə xəttinə qoşulacaq və bununla bağlı İki nöqtədə birləşmə işləri görüləcək. Birləşmə işləri səhər saat 08:00 da başlanacaq, 17:00 da başa çatacaq. Bu müddətdə Corat, Mirzə Davud və Xəzər küçələrində, 8 noyabr prospektinin bir hissəsində əhaliyə və qeyri-əhaliyə suyun verilməsində fasilə yaranacaq.
Təmir-bərpa, köhnə xəttlərin yenilənməsi, əhalinin su təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər intensiv şəkildə davam etdirilir və hər mərhələ üzrə qısa müddətdə başa çatdırılır” , - məlumatda qeyd olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM