Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfəri ilə bağlı fəal hazırlıq getsə də bu səfərin baş tutacağl tarix hələ bəlli deyil. Bunu Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.
"Putinin Türkiyəyə səfəri məsələsi ativdir, lakin tarix hələ məlum deyil", - Kreml sözçüsü bildirib.
İyulun 3-də Türkiyə prezAidenti Rəcəb Tayyib Ərdoğan Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Putinlə görüşdə onu "çox yaxın gələcəkdə” respublikaya səfərə dəvət etdiyini bildirib. Buna cavab olaraq Rusiya Federasiyasının rəhbəri Ərdoğanın dəvətini qəbul etdiyini və "yaxın gələcəkdə” Türkiyəyə səfər edəcəyini söyləyib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !