Sabah bu ərazilərdə qaz olmayacaq

21:50 | 25.07.2024
Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah Xırdalan şəhərinin və Masazır qəsəbəsinin bəzi hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.Bu barədə "Azəriqaz” İB məlumat yayıb.

"Qaz İxrac” İdarəsinə məxsus "Masazır yüksək təzyiqli” QPS-də təmir işləri görüləcək. Bu səbəbdən 26.07.2024-cü il saat 10:00-dan "Masazır” QPS-dən qidalanan "Masazır Qəsəbəsi (Masazır QPS)”, "Duz Zavodu (Masazır QPS)” və "Azpetrol LTD” MMC-yə məxsus ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir müddətində Abşeron rayonunun Masazır qəsəbəsi, yeni yaşayış massivi və Xırdalan şəhəri, "AAAF Park” yaşayış kompleksinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM