Bakıda yaşayış binasında yanğın olub

21:31 | 27.07.2024
Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub

Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal 13 ünvanında yerləşən mənzildə yanğın qeydə alınıb.

APA xəbər verir ki, hadisə 9-cu mikrorayonunda yerləşən doqquz mərtəbəli binanın üçüncü mərtəbəsində baş verib.

Yanğın Bakı şəhər sakini Hacıyev Etibar Nəcməddin oğluna məxsus ümumi sahəsi 90 m² mənzilin eyvanında baş verib. Nəticədə bir ədəd su qızdırıcısı yanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın söndürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM