Türkiyə və Ermənistan rəsmiləri sabah görüşəcək - Yenilənib

14:02 | 29.07.2024
Türkiyə və Ermənistan rəsmiləri sabah görüşəcək - Yenilənib

Türkiyə və Ermənistan rəsmiləri sabah görüşəcək - Yenilənib

(Yazıya qara hərflərlə Ermənistan Xarici İşlər Nazirliyinin mövqeyi əlavə olunub)
 
Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubinyan iyulun 30-u Türkiyə-Ermənistan sərhədində danışıqların 5-ci raundunu keçirəcəklər. Bu barədə  türkiyəli teleaparıcı Sena Alkan  X sosial şəbəkəsindəki hesabında bildirib.

Görüşün səhər saatlarında Ermənistan, günortadan sonra isə Türkiyə tərəfində baş tutacağı qeyd olunub. 
 
Ermənistan və Türkiyə rəsmiləri hələlik xəbəri təsdiqləməyib.
 
 
ER Xarici İşlər Nazirliyi Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıçın sabah görüşəcəyini təsdiqləyib.

"İyulun 30-da Ermənistan-Türkiyə sərhədində xüsusi nümayəndələrin 5-ci görüşü keçiriləcək”, - deyə ER XİN sözçüsü bildirib.
 
İyulun 2-də Türkiyə Ermənistan nümayəndələri ilə görüşdən imtina edib və bunun səbəbi ilə bağlı heç bir açıqlama verilməyib. 
 
Bundan əvvəl Ermənistan Milli Assambleyasının sədri Ruben Rubinyan jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan hökuməti Türkiyə ilə quru sərhədlərin açılmasına ümid edir.
 
Türkiyə-Ermənistan srhədlərinin açılmasınn mümkünlüyünü Türkiyə prezidenti Ərdoğan 2020-ci il noyabrın 9-da Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs razılaşmasından  sonra bildirib. 


1991-ci ildə Ermənistan Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan edəndə onu tanıyan ilk ölkə Türkiyə olub. Lakin il sonra Türkiyə Ermənistanla sərhədini bağlayıb.  Buna səbəb Ermənistanın Azərbaycanın ərazisi olan Dağlıq Qarabağı işğal etməsi olub. 

2023-cü il yalvarın 6-da Türkiyə ilə Ermənistan arasında yüklərin birbaşa hava daşınmasına qoyulan qadağa aradan götürülüb. Bildirilib ki, bu iki ölkənin xüsusi nümayəndələrinin səyləri nəticəsində əldə olunan razılaşmadır. 

Ermənistan mətbuatı yazır ki, hazırda üçüncü ölkə vətəndaşlarının quru sərhədini keçmək imkanlarını nəzərdə tutan başqa bir razılaşmanın da ən qısa zamanda həyata keçiriləcəyi gözlənilir.
 
Gülnar Nazimqızı





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti