Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

10:01 | 31.07.2024
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Mərkəzi Bank uçot dərəcəsini 7,25%  səviyyəsində saxlamaq barəsində qərar verib. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib. 
 
"Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,25%, faiz dəhlizinin aşağı həddi 6,25% saxlanılıb, faiz dəhlizinin yuxarı həddi isə 8,5%-dən 8,25%-ə endirilib. ", - məlumatda bildirilib.
 
Mərkəzi Bankın proqnozlarına görə, Azərbaycanda inflyasiya 2024-cü ildə 5,4%, 2025-ci ildə isə 5,5% təşkil edəcək.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti