"Azeri Light” markalı Azərbaycan neftinin bir barreli 0,97 dollar ucuzlaşaraq 79,73 dollar olub.
Azərbaycan neftinin ən aşağı qiyməti - 15,81 dollar/barel 2020-ci il aprelin 21-də, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.
Azeri Light markalı neft SOCAR-ın payının 25%-ni təşkil edən Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarının işlənməsi üzrə müqavilə çərçivəsində hasil edilir. Mənfəət nefti layihənin səhmdarları arasında onların müqavilədə iştirak payından asılı olaraq bölüşdürülür.
AÇG Azərbaycanda hasil edilən neftin 2/3 hissəsini təşkil edir.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !