Azərbaycanda neft hasilatı azalıb

15:57 | 09.08.2024
Azərbaycanda neft hasilatı azalıb

Azərbaycanda neft hasilatı azalıb

2024-cü ilin yanvar-iyulunda Azərbaycan neft və qaz kondensatı hasilatını ötən ilin eyni dövründəki 17,7 milyon tondan 16,9 milyon tona qədər azaldıb. Bu barədə  cümə günü ölkənin Energetika Nazirliyi məlumat yayıb.
 
Bu ilin yanvar-iyulunda neft ixracı ötən ilin eyni dövründəki 14,9 milyon tondan 14,1 milyon tona qədər azalıb.

Nazirlik həmçinin bildirib ki, Azərbaycan yanvar-iyul aylarında Avropaya qaz ixracını bir il əvvəlki 6,6 milyard kubmetrdən 7,5 milyard kubmetrə qədər artırıb. çatdırıb.
 
Ümumilikdə qaz ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə artaraq 13,8 milyard kubmetrdən 14,7 milyard kubmetrə kimi artıb.
 
Azərbaycandan Türkiyəyə qaz ixracı 5,8 milyard kubmetr, Gürcüstana isə 1,4 milyard kubmetr təşkil edib.  O cümlədən, TANAP kəməri ilə Türkiyəyə qaz ixracı 3,3 milyard kubmetr olub. 
 
Nazirlik həmçinin bildirib ki, 2024-cü ilin yanvar-iyulunda qaz hasilatı ötən ilin eyni dövründəki 28,1 milyard kubmetrdən 29,5 milyard kubmetrə kimi artıb. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti