Benchmark markaları üçün neft qiymətləri bir gün əvvəl ucuzlaşdıqdan sonra yüksəlib. Neft bazarı Yaxın Şərqdəki geosiyasi gərginliklə dəstəklənməkdə davam edir.
Londonun ICE Futures birjasında saat 9:05-ə Brent neftinin oktyabr fyuçerslərinin kotirovkaları bir barel üçün 79,91 dollar təşkil edib ki, bu da əvvəlki ticarətin bağlanışındakı səviyyədən 0,15 dollar (0,2%) çoxdur. Çərşənbə günü bu müqavilələr 0,93 dollar (1,2%) ucuzlaşaraq 79,76 dollar/barelə düşüb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında səhər saatlarında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti 1 barelə görə 0,2 dollar (0,3%) artaraq 77,18 dollar təşkil edib. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 1,37 dollar (1,8 faiz) ucuzlaşaraq bir barel üçün 76,98 dollar təşkil edib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !