Azərbaycan nefti ucuzlaşıb

09:56 | 21.08.2024
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light” markalı Azərbaycan neftinin bir barreli 3,10 dollar azalaraq 79,35 dollar olub.
 
Azərbaycan neftinin ən aşağı qiyməti - 15,81 dollar/barel 2020-ci il aprelin 21-də, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.

Azeri Light markalı neft SOCAR-ın payının 25%-ni təşkil edən Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarının işlənməsi üzrə müqavilə çərçivəsində hasil edilir. Mənfəət nefti layihənin səhmdarları arasında onların müqavilədə iştirak payından asılı olaraq bölüşdürülür.

AÇG Azərbaycanda hasil edilən neftin 2/3 hissəsini təşkil edir.
 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti