"Bağlantını asanlaşdırır, həyatı daha dolğun
edirik” strateji məqsədinə sadiq qalan "Azercell Telekom” MMC bu istiqamətdə daha
bir yeniliyə imza atır. 02.09.2024 tarixindən etibarən Azercell ofislərində rəqəmsal şəxsiyyət vəsiqəsini təqdim edən abunəçilər
tam xidmət spektrindən yararlana biləcəklər. Layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
(İRİA) ilə əməkdaşlıq əsasında həyata keçirilir.
Belə ki, "mygov” tətbiqi vasitəsilə şəxsiyyəti təsdiq
edən məlumatları göstərən müştərilər Azercell Eksklüziv ofislərində istənilən əməliyyatı həyata
keçirmək imkanı əldə edirlər. Bununla da müştəri məmnuniyyətini hər zaman diqqət
mərkəzində saxlayan Azercell abunəçilərinə daha operativ və rahat şəkildə xidmət
göstərilməsini, eləcə də məlumat təhlükəsizliyini təmin edir. Bu yenilik tez
bir zamanda Azercell-in bütün diler mağazalarında da əlçatan olacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !