Küləyin sürəti güclənib - FAKTİKİ HAVA

18:15 | 05.09.2024
Küləyin sürəti güclənib - FAKTİKİ HAVA

Küləyin sürəti güclənib - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki,sentyabrın 5-i saat 18:00-a olan məlumata əsasən, şimal-qərb küləyi arabir güclənib.

Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22 m/s, Neftçalada 20 m/s-dək güclənib. Bu, sarı xəbərdarlığa uyğundur.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 35, Aran rayonlarında 35, dağlıq rayonlarda 23 dərəcəyədək isti qeydə alınıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM