BP Azərbaycanda neft hasilatını azaldıb

12:51 | 10.09.2024
BP Azərbaycanda neft hasilatını azaldıb

BP Azərbaycanda neft hasilatını azaldıb

Azərbaycanın Britaniyanın BP şirkətinin idarə etdiyi "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda neft hasilatı 2024-cü ilin yanvar-avqustunda  ötən ilin eyni dövründəki 12,1 milyon tondan 11,1 milyon tona kimi azalıb. Bu barədə ölkənin Energetika Nazirliyi məlumat verib. 
 
2024-cü ilin yanvar-avqustunda  BP-nin "Şahdəniz” yatağında qaz hasilatı 17,6 milyard kubmetrdən 18,1 milyard kubmetrə, "Azəri-Çıraq-Günəşli”də səmt qazının hasilatı isə 8,6 milyard kubmetrdən 8,7 milyard kubmetrə yüksəlib.

BP-nin rəhbərliyi ilə Azərbaycanda neft və qaz hasilatı ilə məşğul olan xarici şirkətlərdən ibarət konsorsium yanvar-avqustda 13,9 milyon ton neft ixrac edib ki, bu da ölkənin ümumi ixracının 86,9 faizini təşkil edib.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM