Jurnalist Nərgiz Absalamovanın şikayəti təmin olunmayıb

15:18 | 12.09.2024
Jurnalist Nərgiz Absalamovanın şikayəti təmin olunmayıb

Jurnalist Nərgiz Absalamovanın şikayəti təmin olunmayıb

Jurnalist Nərgiz Absalamovanın həbs müddətinin növbəti dəfə uzadılmasından verilən apellyasiya şikayəti təmin olunmayıb. Bu barədə məhkəmə qərarında bildirilib.

Xətai rayon Məhkəməsinin həbs müddətinin uzadılması ilə bağlı qərarı qüvvədə saxlanılıb.

Bundan əvvəl sentyabrın 11-də də "Abzas Media işi" üzrə bir sıra şikayətlər təmin edilməyib.

Bundan başqa hakim İbrahim İbrahimlinin sədrlik etdiyi prosesdə Ülvi Həsənlinin, Elmar Rəhimovun sədrlik etdiyi prosesdə Sevinc Vaqifqızının (Abbasova), Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə Elnarə Qasımovanın, Qədim Babayevin sədrlik etdiyi prosesdə iqtisadçı Fərid Mehralızadənin, Fərid Eyyubovun sədrlik etidiyi prosesdə isə Hafiz Babalının şikayəti təmin edilməyib. 

Ötən həftə "Abzas Media işi" üzrə bütün tutulanların həbs müddəti uzadılmışdı.
 
AbzasMedia 2014-cü ildən fəaliyyət göstərir. 
 
Aytac Zeynalova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM