Benchmark neftin qiymətləri ötən həftənin sonundakı artımdan sonra bazar ertəsi səhər bir qədər dəyişib.
Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin dəyəri saat 9:16-a olan vəziyyətə görə, bir barel üçün 71,57 dollar təşkil edib ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,04 dollar (0,06%) azdır. Ötən sessiyanın sonunda bu kontraktların qiyməti 0,36 dollar (0,5%) ucuzlaşaraq 71,61 dollar/barel olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində oktyabr ayı üçün WTI markalı neftin bir barelinin qiyməti 0,07 dollar (0,1%) artaraq 68,72 dollar təşkil edib. Ötən cümə günü müqavilə 0,32 dollar (0,5%) azalaraq 68,65 dollar/barel olub.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !