Qızıl bahalaşıb

15:30 | 16.09.2024
Qızıl bahalaşıb

Qızıl bahalaşıb

ABŞ dolların zəifləməsi və ABŞ-ın pul siyasətinin  yumşaldılması perspektivi sayəsində qızıın dünya bazarında l qiymətləri bazar ertəsi yüksələrək rekord həddə çatıb. Bu barədə Reuters Xəbər Agentliyi məlumat yazıb.

Qızılın spot qiyməti Bakı vaxtı ilə saat 13:59-a 0,34% artaraq 1 troy unsiyası üçün 2585,37 dollar olub.

Bu həftə diqqət ABŞ Federal Ehtiyat Sisteminin toplantısına yönəlib. Treyderlər faiz dərəcəsinin 59% səviyyəsinə kimi endiriləcəyini proqnozlaşdırırlar. 
 
2024-cü ilin yanvar-avqustunda  Azərbaycanda qızıl hasilatı əvvəlki illə müqayisədə 7,3% artaraq 1476 tona çatıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. 

2024-cü ilin ilk səkkiz ayında  gümüş hasilatı 24,1% azalaraq 2,061 tona düşüb.
 
Azərbaycanda qızıl Anglo Asian Mining <AAZ.L> və AzerGold tərəfindən hasil edilir.
 
N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM