Elman Paşayev həbs edilib

18:39 | 18.09.2024
Elman Paşayev həbs edilib

Elman Paşayev həbs edilib

Rusiyada yaşayan azərbaycanlı hüquqşünas, keçmiş vəkil Elman Paşayev Moskvada həbs edilib.Bu barədə "RİA Novosti” məlumat yayıb.
 
Bildirilib ki, Moskva Hərbi qarnizon məhkəməsində Paşayevin barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxılıb.

"İstintaqın vəsatəti təmin edilib və şübhəli Paşayev barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib”, - hakim Maksim İvanov qərarı elan edib.

Məlumata görə, Paşayev noyabrın 15-dək istintaq təcridxanasına göndərilib.

Rusiya İstintaq Komitəsi Paşayevə qarşı Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi ilə (xüsusilə külli miqdarda dələduzluq) cinayət işi açıldığını, onun 300 min dollar və 18,5 milyon rubl qarşılığında bloqer Aleksey Blinovski və həyat yoldaşını cinayət təqibindən azad edəcəyinə söz verdiyini bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM