Xəbər
verdiyimiz kimi 26 avqust 2024-cü il tarixində Kapital Bank ASC-nin buraxılış həcmi
30 000 000 (otuz milyon) ABŞ dollar həcmində olan, subordinasiya
istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.
Xatırladaq
ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 dollar, illik
faiz dərəcəsi 7%, ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 7 ildir. Sənədsiz,
adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri "PAŞA
Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Bu
istiqraz buraxılışında ilk dəfə olaraq Kapital Bank-ın filial və şöbələrində də
istiqrazlara abunə yazılışı həyata keçirilib və fiziki şəxslərin yüksək tələbi
ilə yadda qalıb. Filiallarda istiqrazların abunə yazılışını həyata keçirməkdə məqsəd
bazara olan etimadın gücləndirilməsi və fiziki şəxslərin investisiya alətlərinə
çıxış imkanlarının genişləndirilməsidir. Bu istiqamətdə Kapital Bank gələcəkdə
də daim yeni və cəlbedici investisiya alətləri təklif edərək fiziki şəxslərin
kapital bazarında aktiv iştirakını təşviq etməyi hədəfləyir. Qeyd edək ki,
Kapital Bank bu il ərzində ümumi həcmi 125 milyon ABŞ dolları və 100 milyon manat
olmaqla 6 istiqraz buraxılışını uğurla tamamlayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !