Təhsil naziri müəllimləri təbrik edib

08:23 | 05.10.2024
Təhsil naziri müəllimləri təbrik edib

Təhsil naziri müəllimləri təbrik edib

Elm və təhsil naziri Emin Əmrullayev 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.O,bu barədə feysbuk hesabında paylaşım edib.

"Dəyərli müəllimlər! Gənc nəslin təlim və tərbiyəsində, cəmiyyətimizin inkişafında rolunuz əvəzsizdir. Bu şərəfli işdə göstərdiyiniz əzm və fədakarlıq üçün təşəkkür edirik! Gününüz mübarək!”, - nazir qeyd edib.

5 oktyabr Azərbaycanda müəllimlərin peşə bayramı qeyd olunur. "Müəllimlər günü" hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyədə, bəzi ölkələrdə isə müxtəlif tarixlərdə milli səviyyədə qeyd edilir. Azərbaycanda isə bu gün 1993-cü ildən qeyd olunur.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM