Yakutiyada An-3 yük-sərnişin təyyarəsi qəzaya uğrayıb. Bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə,qəzaya səbəb mühərrikin sıradan çıxması olub.
Bölgədə Fövqəladə Hallar Nazirliyi bir nəfərin öldüyünü bildirir. İlkin məlumatlara görə, uçuş qızıl hasilatı şirkətlərindən birinin podratçıları tərəfindən həyata keçirilib. Təyyarə Olekminsk-Jeleznoqorsk-İlimski marşrutu ilə uçurmuş. An-3 təyyarəsi Borus Airlines şirkətinə məxsusdur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !