Azərbaycan məhsullarının Rusiyaya ixracı azalıb

14:00 | 16.10.2024
Azərbaycan məhsullarının Rusiyaya ixracı azalıb

Azərbaycan məhsullarının Rusiyaya ixracı azalıb

2024-cü ilin doqquz ayında Azərbaycanla Rusiya arasında ticarət dövüyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11,6% artaraq 3,499 milyard dollar olub. Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd olunub.  
 
Bildirilib ki, Azərbaycana aid məhsulların Rusiyaya ixracı 0,5% azalaraq  859,311 milyon dollar, Rusiyadan malların idxalı isə 2,639 milyard dollar (artım 16,3%) təşkil edib.
 
Hesabatda qeyd olunub ki, Azərbaycanın ticarət tərəfdaşları arasında Rusiya İtaliya və Türkiyədən sonra 3-cü sırada qərarlaşıb. 


2023-cü il Azərbaycanın Rusiya ilə ticarət dövrüyəsi 4 milyard 358 milyon dollara çatıb.  
 
Gülnar 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM