Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

20:03 | 22.10.2024
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC sərnişin tələbatını təmin etmək məqsədilə oktyabrın 26-27-də Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.Bu barədə səhmdar cəmiyyətdən bildirilib.

"Eyni zamanda Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər edə bilərsiniz",-deyə ADY-nin məlumatında qeyd edilib.

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytdan (www.ady.az), "ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək mümkündür.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM