Audiovizual Şura "Xəzər TV”nin efirində yayımlanan qeyri-etik sözə görə kanala xəbərdarlıq edib.Bu barədə Şuradan məlumat verilib.
Buna səbəb "Xəzər TV" kanalının efirində 22 oktyabrda saat 22.00-23.10 arası yayımlanan serialda personajlardan birinin səsləndirdiyi qeyri-etik ifadənin efirə verilməsidir.
Serialın yayımı zamanı (saat 22.32-da) personajın ifadə etdiyi qeyri-etik ifadənin efirə verilməsinin qarşısı yayımçı tərəfindən texniki üsullarla alınmayıb və bununla da, "Media haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq maddəsi pozulub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !