Dörd İran rəsmisinin dediyinə görə, İranın ali dini lideri Ayətullah Əli Xamenei orduya İsrailin hücumuna cavab vermək üçün çoxsaylı hərbi planlar hazırlamağı əmr edib.
Nəşrin həmsöhbətləri qeyd ediblər ki, İranın cavabının miqyası daha çox İsrailin hücumlarının ciddiliyindən asılı olacaq.
Belə ki, İsrail hücumlarını bir neçə hərbi baza və raket və pilotsuz təyyarələrin saxlandığı anbarlarla məhdudlaşdırarsa, İran heç bir addım atmaya bilər, deyə mənbələr bildiriblər.
Amma İsrailin zərbəsi əhəmiyyətli zərər və çoxlu itkilərə səbəb olarsa, İran cavab verəcək.
Tehran həmçinin İsrailin neft və enerji infrastrukturuna və ya nüvə obyektlərinə zərbə endirəcəyi və yüksək rütbəli məmurları öldürəcəyi təqdirdə cavab verəcək.
Oktyabrın 23-də İran prezidenti Məsud Pezeşkian Kazanda keçirilən BRİKS sammitində Yaxın Şərqdə sülhə can atdığını bəyan edib, lakin İsrailin İrana qarşı istənilən addımının "qətiyyətli və ağlasığmaz cavab” verəcəyini vurğulayıb.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !