Neft bahalaşıb

10:37 | 30.10.2024
Neft bahalaşıb

Neft bahalaşıb

Çərşənbə günü əsas neft markalarının qiymətləri 11 sentyabrdan bəri ən aşağı səviyyəyə düşdükdən sonra yüksəlməyə başlayıb. Bu barədə  MarketWatch xəbər verib.


ABŞ-da ötən həftə gözlənilməz şəkildə ehtiyatların azalması bazara təsir edib. 


London ICE Futures birjasında dekabr Brent fyuçerslərinin qiyməti $71,5 səviyyəsində idi, bu isə əvvəlki ticarətlərin bağlanış səviyyəsindən $0,38 (0,5%) yüksəkdir.


Dekabr WTI fyuçerslərinin qiyməti Nyu-York əmtəə birjasının elektron ticarətində səhər saatlarında $0,42 (0,6%) artaraq $67,63-a çatıb.

 

N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti