Bakı vaxtı ilə saat 10:39-da qiymətli metalın dekabr fyuçersi 0,69 % artaraq 1 unsiya üçün 2800,25 ABŞ dollar təşkil edib. Bu son Bu barədə RBK məlumat verib.
Analitiklər qızıl bazarındakı yeni rekordu ABŞ-da noyabrın 5-də baş tutacaq seçkilərin nəticələri ilə bağlı qeyri-müəyyənlik, həmçinin Yaxın Şərqdə münaqişənin mümkün eskalasiyası ilə bağlı narahatlıqlarla əlaqələndirirlər.
"Alfa-Kapital" İdarəedici Şirkətinin portfel meneceri Dmitri Skryabin qeyd edib ki, qızıl bazarındakı ralli, həmçinin ABŞ-nin iqtisadi perspektivləri və istehlak qiymətlərinin artması gözləntiləri ilə bağlı narahatlıqlardan da qaynaqlanır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !