Qızıl bahalaşıb

11:49 | 30.10.2024
Qızıl bahalaşıb

Qızıl bahalaşıb

Bakı vaxtı ilə saat 10:39-da qiymətli metalın dekabr fyuçersi 0,69 % artaraq 1 unsiya üçün 2800,25 ABŞ dollar təşkil edib. Bu son  Bu barədə RBK məlumat verib. 

Analitiklər qızıl bazarındakı yeni rekordu ABŞ-da noyabrın 5-də baş tutacaq  seçkilərin nəticələri ilə bağlı qeyri-müəyyənlik, həmçinin Yaxın Şərqdə münaqişənin mümkün eskalasiyası ilə bağlı narahatlıqlarla əlaqələndirirlər. 

"Alfa-Kapital" İdarəedici Şirkətinin portfel meneceri Dmitri Skryabin qeyd edib ki, qızıl bazarındakı ralli, həmçinin ABŞ-nin iqtisadi perspektivləri və istehlak qiymətlərinin artması gözləntiləri ilə bağlı narahatlıqlardan da qaynaqlanır.

İlin əvvəlindən qızıl 30 %-dən çox bahalaşıb. Sentyabrda ABŞ Federal Ehtiyat Sistemi pul-kredit siyasətini yumşaltmağa başlamasından sonra onun dəyəri yeni rekordlara çatıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM