İranda zəlzələ olub

09:04 | 03.11.2024
İranda zəlzələ olub

İranda zəlzələ olub

İranın Şimalı Semnan əyalətində yerləşən Germsar şəhəri yaxınlığında 4,8 maqnitudalı zəlzələ baş verib.Bu barədə IRNA agentliyi xəbər yayıb.
 
Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib və şəhərdə hiss edilib.
Germsarın prefekti Reza Hani bildirib ki, zəlzələ nəticəsində bir neçə yaşayış evində elektrik enerjisi və internet xidməti kəsilib.

IRIB-in məlumatına görə, zəlzələ Tehranda və onun ətrafındakı Kerecdə, həmçinin Qum şəhərində də hiss olunub.

Xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM