İspaniyada son 30 ilin ən ölümcül daşqınlarında ölənlərin sayı 223 nəfərə çatıb.Bu barədə İspaniyanın nəqliyyat naziri Oskar Puente "X” səhifəsində məlumat verib.
Daşqınlar nəticəsində 78 nəfər itkin düşüb, meyiti tapılan 48 nəfərin isə hələ də şəxsiyyəti müəyyən edilməyib.
Turis, Çiva və Bunyol şəhərləri kimi Valensiyanın bəzi hissələrinə 400 mm-dən çox yağıntı yağıb ki, bu da bir illik yağıntı normasına bərabərdir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !