Tbilisidə etiraz aksiyası keçirilir

22:00 | 28.11.2024
Tbilisidə  etiraz aksiyası keçirilir

Tbilisidə etiraz aksiyası keçirilir

Tbilisidə Gürcüstanın hakim partiyasının respublikanın Avropa İttifaqına (Aİ) inteqrasiya prosesini müvəqqəti dayandırmaq qərarına etiraz aksiyası başlayıb.Bu barədə TASS məlumat yayıb.

İnsanlar hakim "Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının mərkəzi ofisinin qarşısına toplaşıblar.

Hadisə yerinə çoxsaylı hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Etiraz aksiyaları Kutaisi və Batumidə də keçirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM