Gürcüstanın Bolqarıstandakı səfiri Otar Berdzenişvili Gürcüstanın Avropaya inteqrasiyasına etiraz olaraq tutduğu vəzifədən istefa verib. Bu barədə o, X sosial şəbəkəsində yazıb.
"Uzunmüddətli diplomatik xidmətim ərzində həmkarlarımla fəal şəkildə əməkdaşlıq edərək ölkəmin Avro-Atlantik və Avropa inteqrasiyasını irəlilətmişəm, eyni zamanda müttəfiqlərimiz, xüsusilə ABŞ ilə möhkəm və etibarlı strateji tərəfdaşlıq qurmuşam. Bizim yorulmaz səylərimiz heç bir şəkildə sarsıdılmamalı və ya təhlükə altına alınmamalıdır. #Sülhsevər nümayişçilərin azad iradəsinə qarşı zorakılığa yox, tam həmrəylik!!!" - Berdzenişvili yazıb.
Bundan əvvəl Gürcüstanın Koreya Respublikasındakı səfiri bir paylaşımında qeyd edib ki, "Gürcüstana daha çox Avropa və daha çox NATO lazımdır".
N.Təbrizli
www.anews.az