Gürcüstanda yenidən etiraz aksiyası keçirilir

20:24 | 29.11.2024
Gürcüstanda yenidən etiraz aksiyası keçirilir

Gürcüstanda yenidən etiraz aksiyası keçirilir

Gürcüstanın paytaxtı Tbilisidə hökumətin qərarına etiraz edən vətəndaşlar yenidən parlament binası yaxınlığında toplaşıb.Bu barədə Gürcüstan KİV məlumat yayıb.

Məlumata görə, Gürcüstan prezidenti Salome Zurabişvili bugünkü aksiyaya qoşularaq xalqa müraciət edəcək.

Aksiya iştirakçıları "Qorqasali” küçəsində, "Gürcü arzusu”nun ofisinin yaxınlığında və "Rustaveli” prospektində, parlament binasının yaxınlığında toplaşıblar.

Tbilisidə etirazlar noyabrın 28-də Baş nazir İrakli Kobaxidzenin Gürcüstanın 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqları dayandırmasından sonra yenidən başlayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM