Gürcüstanın paytaxtı Tbilisidə hökumətin qərarına etiraz edən vətəndaşlar yenidən aksiya keçirir.Bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, etirazçılar Rustaveli prospektinə, parlament binasının qarşısına yığışıblar.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə,mitinq iştirakçıları pirotexniki vasitələr, daşlar və müxtəlif ağır əşyalardan istifadə etməklə parlament binasının fasadındakı 10-a yaxın pəncərəni sındırıblar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !