Gürcüstanın paytaxtı Tbilisidə keçirilən son parlament seçkilərinin əleyhinə etiraz aksiyaları yenidən başlayıb.
APA xəbər verir ki,aksiyaçılar parlament binası yaxınlığında toplaşmağa başlayıblar.
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları aksiya iştirakçılarını dağıtmaq üçün göz yaşardıcı qazlardan istifadə etməyə başlayıblar.
Hazırda etirazçıların Parlament binasından uzaqlaşdığı və yalnız Rustaveli prospektində dayandıqları bildirilir.
Batumidə, Avropa Meydanında da etiraz aksiyasının yenidən başladığı bildirilir.
Aksiya iştirakçıları öz ölkələrinin Avropa gələcəyi üçün mübarizəni davam etdirəcəklərini bildiriblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !