Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
"Digah-Bilgəh orta təzyiqli qaz kəmərində aşkar olunmuş yeraltı qaz sızmasının aradan qaldırılması məqsədi ilə 13.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Həmçinin Şəki rayonu ərazisində M.Ə.Rəsulzadə prospektində yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə qoşulması məqsədi ilə 13.12.2024-cü il saat 09:30-dan etibarən işlər başa çatanadək "Şəki” QTM-dən qaz təchizatının dayandırılması planlaşdırılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !