Banklar dollar alışını azaldıb - AMB

12:41 | 26.12.2024
Banklar dollar alışını azaldıb - AMB

Banklar dollar alışını azaldıb - AMB

Azərbaycan Mərkəzi Bankı cümə axşamı valyuta hərracında 73 milyon ABŞ dolları satıb. Bu barədə Mərkəzi Bankdan məlumat verilib.
 
Bu məbləğ əvvəlki hərrac zamanı 76,8 milyon ABŞ dolları olub.
 
"Cümə axşamı valyuta hərracı 73 milyon ABŞ dolları təşkil edib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb",- mərkəzdən bildirilib.

2024-cü ilin birinci rübündə  Mərkəzi Bankın valyuta ehtiyatları 0,35% və ya 41,4 milyon dollar artıb.
 
12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.

Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti