2025-ci ildə Suriya nizamlanmasına dair sammit Rusiyada keçiriləcək

17:04 | 14.11.2024
2025-ci ildə Suriya nizamlanmasına dair sammit Rusiyada keçiriləcək

2025-ci ildə Suriya nizamlanmasına dair sammit Rusiyada keçiriləcək

Suriya nizamlanması üzrə Astana formatında sammit 2025-ci ildə Rusiyada keçiriləcək. Bu barədə TASS-a müsahibəsində Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev danışıb.

"2025-ci ildə biz bu görüşün tam hüquqlu Rusiya ərazisində keçiriləcəyinə ümid edə bilərik”,- o bildirib.

Bundan əvvəl Lavrentiyev qeyd edib ki, Tehranda sonuncu analoji sammitin keçirilməsindən  artıq iki il keçib. 
 
Hazırda tərəflər 2025-ci ilin birinci yarısında görüşün keçirilməsi və "bu sammiti Suriya nizamlanması üçün həqiqətən konkret təkliflər, təşəbbüslər və fəaliyyətlərlə doyurmaq” imkanını nəzərdən keçirirlər.

2011-ci ildən bəri Suriyada silahlı qarşıdurma davam edir. 
 
Astana formatı kimi tanınan Astanada danışıqlar  2017-ci ildən davam edir. Astana formatında Rusiya, İran və Türkiyə , habelə Suriya hökuməti və müxalifətinin nümayəndələri, BMT və müşahidəçi ölkələr İordaniya , Livan və İraq iştirak edir.
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti