2025-ci ildə turizimdə görüləcək işlər baxımından gərgin il olacaq - Turizm rəsmisi

11:32 | 08.05.2024
2025-ci ildə turizimdə görüləcək işlər baxımından gərgin il olacaq - Turizm rəsmisi

2025-ci ildə turizimdə görüləcək işlər baxımından gərgin il olacaq - Turizm rəsmisi

2025-ci ildə turizimdə görüləcək işlər baxımından gərgin il olacağı üçün kordinasiya olmadan yüksək nəticə almaq mümkün olmayacaq. Bunu Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib. 


"Ötən il işçi qrupunun fəaliyyətinin ilk ili idi və indeksdə ümumilikdə bizim üçün yeni bir indeks idi. Baxmayaraq ki, indeks uzun müddət idi ki, dərc olunurdu. Azərbaycanda biz bu prosesə yeni qoşulmuşduq. Ötən il indeksin öyrənilməsi istiqamətində çalışırdıq,  öyrənməyə çalışırdıq ki, qiymətlərin formalaşdırılması hansı xətt, hansı mənbələr üzərindən baş verir. Bundan sonrakı müddət ərzində biz artıq konkret fəaliyyətlərin icrası ilə bağlı qarşıya məqsədlər qoymuşuq və 2024-cü ilin fəaliyyət planında bu məsələlər öz əksini tapıb.  Növbəti il üçün bizi olduqca gərgin il gözləyir. Turizim kordinasiyalı fəaliyyətə gedir. Turizimdə kordinasiya olmayacağı təqdirdə digər dövlət qurumlarının eyni zamanda özəl sektorun prosesdə cəlbi olmadan yüksək nəticələr, nailiyyətlər əldə etmək mümkün olmayacaq", - Qasımov "Turizm inkişafı " işçi qrupunun 2023-cü il Fəaliyyət Planının icra vəziyyəti və qarşıda duran prioritetlər adlı tədbirdə çıxışı zamanı qeyd edib.
 
2022 -ci ildə Turizimin İnkişafı İşçi qrupu yaradılıb. İşçi qrupunun 40-a yaxın üzvü var. Bu işçi qrupun yaradılması  2023-ci ilin aprelində təsdiq edilib. İşçi qrup  14 əsas blok üzrə 75 tədbirin icrasını nəzərdə tutur.
 
Aygün Mirakif 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM