Ermənistanda zəlzələ olub

18:43 | 06.01.2025
Ermənistanda zəlzələ olub

Ermənistanda zəlzələ olub


Ermənistanda Cermuk yaxınlığında zəlzələ baş verib.Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb. 

Yeraltı təkanlar yerli vaxtla saat 17:28-də qeydə alınıb. Zəlzələnin episentri Ermənistanın Vayots Dzor bölgəsində, Cermuk şəhərindən 22 km şimal-qərbdə yerləşib.

Zəlzələnin maqnitudası 3,1, episentrdə gücü 4 bal olub.

Yeraltı təkanlar Vayodzor (Dərələyəz) bölgəsində (2-4 bal), Vardenis (Basarkeçər) və Sisian (Qarakilsə) ərazilərində 2-3 bal gücündə hiss olunub.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM