Ağdam, Füzuli və Xocavənddə yaşayış binalarının tikintisi üçün ümumilikdə 107 milyon manat xərclənəcək. Bu barədə tender elanı saytında məlumat verilib.
Belə ki, Ağdam 4 nömrəli yaşayış massivi, 1 və 2-ci, 3 və 4-cü, 5 və 6-cı məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işləri”nin satın alınması nəzərdə tutulur.
Tikinti işlərinə 3 tender üzrə 42 479 711 manat, 21 863 890 manat və 42 881 950 manat xərclənməsi planlaşdırılır.
Hazırda Ağdamda 66 binanın tikintisinə başlanılıb.
Ümumilikdə Ağdamda 11 kəndin təməli qoyulub.
Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb.
Prezident İlham Əliyev oktyabrın 10-da Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
Gülnar Nazimqızı

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !