Ceyhun Bayramov Hakan Fidanla görüşüb - Yenilənib

12:59 | 18.01.2025
Ceyhun Bayramov Hakan Fidanla görüşüb - Yenilənib

Ceyhun Bayramov Hakan Fidanla görüşüb - Yenilənib

 
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında geniş tərkibdə görüş keçirilib.Bu barədə Azərbaycan XİN-in "X” hesabında paylaşım edilib.

Təhlükəsizlik, iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiya, humanitar, o cümlədən regional və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn əməkdaşlıq, xüsusilə Yaxın Şərqdəki vəziyyət görüşün əsas mövzusu olub.

Həmçinin Azərbaycan və Ermənistan arasında münaqişədən sonrakı normallaşmanın hazırkı vəziyyəti və sülh gündəliyi, sülh prosesində mövcud problemlər də diqqətə çatdırılıb.
 
 ***

Xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan türkiyəli həmkarı Hakan Fidanla görüşüb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X” hesabında bildirilib.

Tərəflər arasında təkbətək görüş olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM