Belarus Gənclər Təşkilatları Komitəsinin exit-pollunun nəticələrinə görə, Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko 87,6% səslə prezident seçkilərində qalib gəlib.
***
Belarusda seçicilərin 50 %-dən çoxu prezident seçkilərində səs verib, seçkilər baş tutub.Bu barədə MSK sədrinin müavini Aleksey Başan bildirib.
Son məlumata görə, seçici iştirakı 56,64 % təşkil edib.
12:40
Belarus prezidenti Aleksandr Lukaşenko prezident seçkilərində səs verib.Bu barədə BELTA məlumat yayıb.
"Lukaşenko prezident seçkilərində səs verib", - məlumatda deyilir.
Bu gün Belarusda prezident seçkiləri keçirilir. Saat 8:00-dan 20:00-dək açıq olacaq seçki məntəqələri panik düymələri və videomüşahidə sistemləri ilə təchiz olunub. Ölkədə 5 mindən çox seçki məntəqəsi, o cümlədən bir sıra sosial obyektlərdə: xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində təchiz olunmuş seçki məntəqələri təşkil edilib.
09:40
Belarusda prezident seçkiləri ilə bağlı səsvermə başlayıb.Bu barədə BELTA xəbər verib.
Səsvermə yerli vaxtla saat 8:00-da başlayıb.
6,9 milyon Belarus seçicisi 5 325 seçki məntəqəsində səs verə biləcək ki, onlardan 207-si xəstəxana, sanatoriya, istirahət evləri və digər müvəqqəti yaşayış yerlərində, 12-si isə hərbi hissələrdə təşkil olunub.
Seçkilərdə prezidentliyə 5 namizəd mübarizə aparır. Hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun rəqibləri Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç, sahibkar Anna Kanopatskaya, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sırankov və Əmək və Ədalət Respublika Partiyasının sədri Aleksandr Xindyardır.
Səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !